SON XƏBƏRLƏR

ABŞ AB-nin İrana qarşı sanksiyalarını dəstəklədi

2024.06.01, 09:50
ABŞ AB-nin İrana qarşı sanksiyalarını dəstəklədi

Avropa Birliyinin İran hökumətinin bir sıra qurumları və şəxslərinə qarşı tətbiq etdiyi yeni sanksiyaları dəstəkləyirik və ABŞ-in İran təhdidləri ilə mübarizə aparacağını bildiririk.

Gunaz.tv

Bu sözləri ABŞ-ın İran üzrə xüsusi nümayəndəsinin müavini Abraham Pili deyib.

"Biz raketlərin və pilotsuz təyyarələrin hazırlanmasında və onların hərbiləşdirilmiş proksi qruplara və terrorçulara paylanmasında iştirak edən bir neçə iranlı şəxs və quruma qarşı AB-nin bugünkü sanksiyalarını alqışlayırıq”,- Pili bildirib.

O, Tehranın təhdid dairəsini geniş və qlobal sabitlik, rifah və təhlükəsizliyi pozan adlandırıb və əlavə edib: "Bu gün biz İslam Respublikasına qarşı sanksiyalarımıza da əlavələr etdik".

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi  mayın 31-də İranın pilotsuz təyyarə proqramında fəal olan dörd müəssisə və bir şəxsə sanksiya tətbiq etdiyini açıqlayıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar