SON XƏBƏRLƏR

İran Çin səfirini XİN-ə çağırdı, etiraz notası verdi

2024.06.03, 09:00
İran Çin səfirini XİN-ə çağırdı, etiraz notası verdi

Çinin İrandakı səfiri bu gün İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Buna səbəb "Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin birgə iclasının yekun bəyanatının 26-cı bəndində yer alan əsassız iddialara Çin hökumətinin dəstəyi" olub.

Bununla əlaqədar diplomata etiraz notası təqdim edilib.

Görüşdə İran xarici işlər nazirinin köməkçisi Məhəmməd Əli Bək qeyd edib ki, gözlənti Çin hökumətinin Tehran və Pekin arasında strateji əməkdaşlığı nəzərə alaraq bu məsələdə öz mövqelərinə düzəliş edəcəyindən ibarətdir.

Bildirilib ki, İran 3 ada (Böyük Tomb, Kiçik Tomb və Əbu Musa) ilə bağlı hər hansı bir tərəfin iddiasını rədd edir və qəbuledilməz hesab edir.

Qeyd edək ki, son vaxtlar İran körfəzindəki mübahisəli Böyük Tunb, Kiçik Tunb və Əbumusa adalarının mülkiyyət hüququ ilə bağlı BƏƏ ilə İran arasında mübahisələr yenidən qızışıb.

Bundan əvvəl 2023-cü ilin iyulun 10-da Moskvada İranın müttəfiqi Rusiyanın xarici işlər naziri və Körfəz Əməkdaşlıq Şurası baş katibinin iştirakı ilə quruma üzv ölkələr arasında strateji dialoq baş tutub.

Görüşdən sonra birgə bəyanat qəbul edilib.

Sənəddə Əbu Musa, Böyük Tonb və Kiçik Tonb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin mövqeyini dəstəkləyən fikirlər yer alıb.

Bu, İranın narazılığı ilə qarşılanıb, Tehran hökuməti Rusiyaya etiraz edib və Rusiyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar