SON XƏBƏRLƏR

Avropa ölkələri İranın hərəkətlərini pisləyən qətnamə layihəsi hazırlayırlar

2024.06.03, 14:50
Avropa ölkələri İranın hərəkətlərini pisləyən qətnamə layihəsi hazırlayırlar

Nüvə danışıqları ilə bağlı 18 aylıq artan gərginlikdən sonra və Amerikanın tərəddüdlərinə baxmayaraq, avropalılar İranın əməkdaşlıq etməməsini pisləyən qətnamə layihəsi hazırlayıblar.

Gunaz.tv

Qətnamə layihəsi iyunun 4-də Vyanada işə başlayacaq Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinə təqdim ediləcək.

Avropalı diplomarlar məsələnin həssaslığına görə, buna qəti reaksiya verməyin vacibliyini bildiriblər.

Bir müddət əvvəl mayın sonlarında üç avropalı diplomat bununla bağlı açıqlama vermişdilər.

"İngiltərə, Fransa və Almaniya MAQATE-nin Qəyyumlar Şurasının iclasından əvvəl İrana qarşı qətnamə layihəsini yaydılar və bu üç Avropa ölkəsi müttəfiqləri Amerikanın etirazına baxmayaraq, bunu davam etdirməkdə qərarlı görünürlər",- açıqlamada bildirilmişdi.

Qeyd edək ki, Vaşinqton belə bir qətnamənin gələn ilin noyabrında ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər regionda gərginliyin və qeyri-sabitliyin daha da artması riskinə səbəb olacağından narahatlığını bildirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar