SON XƏBƏRLƏR

ABŞ Dövlət Departamenti: İran və ona bağlı qruplaşmalar sülh və sabitliyə qarşıdırlar

2024.06.06, 11:00
ABŞ Dövlət Departamenti: İran və ona bağlı qruplaşmalar sülh və sabitliyə qarşıdırlar

İran, HƏMAS, Hizbullah və İrana bağlı başqa proksi qüvvələr bölgədə sülh və sabitliyə qarşıdırlar.

Gunaz.tv

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. 

Keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandıran Miller Əli Xaməneinin HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə hücumu ilə bağlı çıxışını və bu hücumu təqdir etməsini də şərh edib.

"Dövlət katibinin dediyi kimi, bölgədə iki yol var. Birincisi daha çox inteqrasiya, daha çox sülh, daha çox sabitlik, region xalqları arasında daha çox paylaşımdır. Digər yol isə münaqişəni, ölümü, məhvi və ümidsizliyi davam etdirməkdir.  

Biz açıq şəkildə birinci yolu dəstəkləyirik, amma o da aydındır ki, bölgədə daha çox inteqrasiyanın, regionun sabitliyində daha çox sülhün əldə olunmasının ən böyük əleyhdarları İran rejimi, HƏMAS, Hizbullah və Tehran rejiminin maliyyələşdirdiyi digər proksi qruplardır",- Dövlət Departamentinin sözçüsü bildirib.

Qeyd edək ki, Əli Xamənei iyunun 3-dəki çıxışında HƏMAS-ın İsrailə hücumunu dəstəkləyib, təqdir edib və bunun bölgə üçün vacib əhəmiyyət daşıdığını iddia edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar