SON XƏBƏRLƏR

Tehran rejiminə müxalif gənclər Pakistanda öldürdü

2024.06.06, 13:13
Tehran rejiminə müxalif gənclər Pakistanda öldürdü

SEPPAH üzvləri İran hökumətinə müxalif olan Pakistanda yaşayan 28 yaşlı Əbdülqəfur Şəhbəxş və 26 yaşlı Yəhya Məhəmmədzehi adlı iki etnik bəlucu öldürüb.

Gunaz.tv

Bu barədə Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Pakistanın Təftan sərhəd bölgəsində baş verən hadisə nəticəsində əməliyyatda işıtirak edən bir neçə SEPAH üzvünün də yaralanıb və həbs edildiyi bildirilib.

Qeyri-rəsmi yerli mənbələr müxaliflərə qarşı silahlı hücumun SEPAH-ın Əfqanistan və Pakistan vətəndaşlarından formalaşdırdığı "Fatimiyyun" və "Zeynəbiyyun" qruplaşmasının üzvləri tərəfindən həyata keçirilıdiyini yazıblar.

Qeyd edək ki, "Zeynəbiyyun" İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələri tərəfindən yaradılıb.

Bir müddət əvvəl rəsmi İslamabad İrana bağlı radikal şiyələrdən ibarət silahlı "Zeynəbiyyun" qruplaşmasını terrorçu təşkilatı elan edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar