SON XƏBƏRLƏR

İran hökumətinə bağlı media fəalı Fransada həbs edilib

2024.06.07, 14:59
İran hökumətinə bağlı media fəalı Fransada həbs edilib

İran Radio və Televizyasının musiqi redaksiyasının keçmiş rəhbəri Bəşir Biazar Fransada həbs edilib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Fransa polisi onun həbs səbəbi barədə açıqlama verməsə də, Biazarın sosial mediada İsrail əleyhinə çağırışlar etdiyinə görə saxlanıldığı ehtimal olunur.

İran xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri Kəni məsələni diqqətdə saxladıqlarını deyib.

İranın məhkəmə sisteminin nümayəndəsi Kazım Qəribabadi iranlı media nümayəndəsinin həbsi ilə bağlı paylaşım edib.

O, Bəşir Biazarın fələstinliləri müdafiə etdiyinə görə saxlanıldığını və bunun Fransa üçün rüsvayçılıq olduğunu deyib.

Qeyd edək ki, Bəşir Biazar media və sosial mediadakı paylaşımlarında İsrail və yəhudilərə qarşı zorakılıqlara çağırışlar edib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar