SON XƏBƏRLƏR

Moskva ilə Tehran arasında yeni əməkdaşlıq müqaviləsi dayandırıldı

2024.06.11, 14:09
Moskva ilə Tehran arasında yeni əməkdaşlıq müqaviləsi dayandırıldı

İslam Respublikası hakimiyyətinin üzləşdiyi problemlər səbəbindən Moskva və Tehranın iki ölkə arasında hərtərəfli əməkdaşlığa dair yeni sazişi müvəqqəti olaraq dayandırılıb.

Gunaz.tv

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Zamir Kabulov deyib.

"Bu, iki ölkə rəhbərliyinin strateji qərarıdır. Bu proses iranlı tərəfdaşlarımızın yaşadığı problemlərə görə dayandırılıb”,- Kabulov bildirib.

İranın hakimiyyəti hələlik bu xəbərə münasibət bildirməyib, əməkdaşlığın dayandırılmasının səbəblərini açıqlamayıblar.

Qeyd edək ki, Moskva və Tehran arasında yeni böyük saziş üzərində iş 2022-ci ilin sentyabrında Rusiya prezidenti Vladimir Putin və 13-cü hökumətin başçısı İbrahim Rəisinin görüşü zamanı elan edilib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar