SON XƏBƏRLƏR

Milli-mədəni fəal barədə həbs qərarı çıxarıldı

2024.07.03, 11:08
Milli-mədəni fəal barədə həbs qərarı çıxarıldı

Güney Azərbaycanın Şəbistər şəhərindən olan milli-mədəni fəal və "Mişov Qartalları" mədəniyyət dərnəyinin məsulu Məhəmmədrza Amani Nadarlı (Araz) 3 ay 1 gün həbs cəzasına məhkum edilib.

Gunaz.tv

Bu barədə o özünün sosial media hesabında paylaşım edib.

Şərqi Azərbaycan əyalətinin Şəbüstər şəhərinin İnqilab Məhkəməsi mədəni fəalı "hökumətə qarşı təbliğat" ittihamına görə cəzalandıırıb.

Qeyd edək ki, Məhəmmədrza Amani Nadarlı (Araz) bundan əvvəl 2023-cü ilin may ayının 21-də həbs edilmiş və iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdır.

Məhəmmədrza Amani Nadarlı (Araz) bundan əvvəldə bir neçə dəfə dinc mədəni fəaliyyətlərinə görə həbs edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar