SON XƏBƏRLƏR

İranda seçkiləri boykota çağırışlar artdı

2024.07.04, 13:29
İranda seçkiləri boykota çağırışlar artdı

İyulun 5-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin ikinci turuna bir gün qalmış İran və ölkədən xaricdə yaşayanların seçkiləri boykot etməyə çağırış bəyanatları artıb.

Gunaz.tv

Bu barədə sosial media kanalları və müxalif mediada məlumatlar yayılıb.

Bəyanatların əksəriyyəti Tehran rejiminin repressiyalarına məruz qalmış şəxslər və onların yaxınları tərəfindən səsləndirilib.

Onlar, İran hakimiyyətinin bütün qəddarlıqları və cinayətlərinə göz yumaraq seçkilərdə iştirak edənləri vicdansız adlandırıb, vətəndaşları seçkiləri boykot etməyə çağırblar.

Bəyanat müəllifləri xüsusən 2022-ci ilin sentyabr ayında başlayan ümumi etiaz aksiyalarını, hakimiyətin narazılara qarşı amansızlığına diqqət çəkib, seçkilərdən sonra da nəyinsə dəyişəcəyinə inanmadıqlarını bildiriblər.

Qeyd edək ki, iyulun 5-də prezident seçkilərinin ikinci turu keçiriləcək və bu mərhələdə Məsud Pezeşkianla Səid Cəlili prezidentlik uğrunda mübarizə aparacaqlar.

Son rəy sorğularına görə, azərbaycanl namizəd Məsud Pezeşkian mühafizəkar Səid Cəlilidən öndədir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar