SON XƏBƏRLƏR

Pezeşkianın rəqibi haralıdır? 

2024.07.05, 14:36
Pezeşkianın rəqibi haralıdır? 

Məsud Pezeşkianın İran prezidentliyinə seçkilərdəki rəqibi, İran Əli Xaməneinin Ali Milli Təhlükısizlik Şurasındakı nümayəndəsi Səid Cəlili əslən əfqanistanlı olduğu barədə sənədlər yayılıb.

Gunaz.tv

Bu barədə ona yaxın şəxslər İran Qeydiyyat İdarəsinin rəsmi sənədlərinə istinadən məlumat yayıblar.

"Səid Cəlilinin atası Əfqanistanın Hərat əyalətinin Cəlilabad bölgəsindəndir. O, ikinci dünya müharibəsindən sonra İrana köçüb və rəsmi sənədlərə əsasən 1951-ci ildə ona İranın şəxsiyyət vəsiqəsi verilib",- deyə məlumatda bildirilib.

Qeyd edək ki, Səid Cəlili 6 sentyabr 1965-ci ildə Məşhəd şəhərində anadan olub.

İbtidayi və orta təhsilini Məşhəddə alan Səid Cəlili, Universitet təhsilini Tehranın İmam Sadiq Universitetində İslamşünaslıq və siyasi elmlər üzrə bitirib.

O, ölkədə məcburi hicab qaydalarının tətbiqinin sərtləşdirilməsi, Qərblə təhdid dilində danışılmasının tərəfdarıdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar