SON XƏBƏRLƏR

Təbrizli jurnalist Fatimə Qulipura qarşı cinayət işi açılıb

2024.07.11, 10:36
Təbrizli jurnalist Fatimə Qulipura qarşı cinayət işi açılıb

Təbrizidə məhərrəm ayı ilə bağlı keçirilən əzadarlıq mərasimində baş verən insidenti işıqlandırdığına görə, təbrizli jurnalist Fatimə Qulipura qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə jurnalist özünün sosial media hesabında yazıb.

Xanım jurnalist polis qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılaraq bir neçə saat dindirildiyini və barəsində cinayət işi açıldıqdan sonra sərbəst buraxıldığını deyib.

"Mənə prokurorluğun çağırışını gözləməyimi, Təbrizdə əzadarlıq mərasimləri ilə bağlı heç bir məlumat yaymamağımı tapışırdılar",- Qulipur bildirib.

Qeyd edək ki, iyulun 8-i gecə saatlarında Təbrizin Qaraağac məhəlləsində məhərrəmlik ayı münasibətilə keçirilən əzadarlıq ərasimində dava düşüb.

Soyuq silahlarla təchiz olunmuş qrup əzadarlıq mərasiminə hücum edib, 2 nəfəri öldürüb və 25 nəfəri yaralayıblar.

Təbriz fərmandarı Yunis Fateh isə mediaya verdiyi açıqlamada insident zamanı kimsənin ölmədiyini deyib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar