SON XƏBƏRLƏR

Tehran müxaliflərə təzyiqi artırıb - Musəvinin qızı işdən qovulub

2024.07.11, 10:56
Tehran müxaliflərə təzyiqi artırıb - Musəvinin qızı işdən qovulub

Hazırda ev həbsində olan keçmiş azərbaycanlı baş nazir və Əli Xameneinin müxalifi Mir Hüseyn Musəvinin qızı, Əl-Zəhra Universitetinin İncəsənət fakültəsinin müəllimi Zəhra Musəvi Xamənə işdən qovulub.

Gunaz.tv

Bu barədə o özünün X hesabında paylaşım edib.

Xanım Musəvi 20 il işlədiyi universitetdən qovulmasının arxasında təhlükəsizlik qüvvələrinin durduğunu və onların təzyiqləri nəticəsində Elm Nazirliyinin onunla əməkdaşlığa son verdiyini yazıb.

Zəhra Musəvi deyib ki, işdən qovulması universitet tələbələrinin məcburi hicab qaydalarına etirazlarına dəstək verməsi ilə bağlıdır.

"İşdən qovulmağım son 15 ildə çəkdiyimiz məşəqqətlər, həbslər, yoxsulluq, ədalətsizlik və digər çətinliklərlə müqayisədə heç nə deyil",- deyə, xanım Musəvi 2009-cu ildən bu yana ailəsinə qarşı təzyiqlərə işarə edib.

Qeyd edək ki, Mir Hüseyn Musəvi 2009-cu ildə keçirilən prezident seçkilərində qalib gəlsə də, Xaməneinin iradəsi ilə Mahmud Əhmədinejad prezident təyin olunub.

Təbrizli siyasətçi, nəticələrin saxtalaşdırılmasına və Əli Xaməneinin Mahmud Əhmədinejadı prezident elan etməsinə qarşı nümayişə çağırıb.

Geniş miqyaslı etiraz mitinqlərindən sonra Mir Hüseyn Musəvi ev həbsinə məhkum edilib və hazırda da ev dustağıdır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar