SON XƏBƏRLƏR

Milli fəal elektron qandalla sərbəst buraxıldı

2024.07.13, 12:56
Milli fəal elektron qandalla sərbəst buraxıldı

Təbrizli reper və mədəni fəal Salar Tahir Əfşar elektron qandalla Təbriz həbsxanasından sərbəst buraxılıb.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Bildirilib ki, urmulu fəal cəzasının qalan hissəsini həbsxanadan kənarda, məhdud hərəkətlə keçirəcək.

Qeyd edək ki, Salar tahir Əfşar cari ilin iyun ayının 5-də 6 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına köçürülüb.

O, “ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə əlbir olmaq və toplaşmaq”, "hökumət əleyhinə təbliğat"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar