SON XƏBƏRLƏR

Ekofəallar Xoyda aksiya keçirdi

2024.07.16, 09:30
Ekofəallar Xoyda aksiya keçirdi

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində ekofəallar aksiya keçiriblər.

Gunaz.tv

Bu barədə Abbas Lisani adına fəaliyyət göstərən sosial media kanalı məlumat yayıb.

Məlumata görə, aksiyaçılar "Urmu gölü susuzdur" adı altında keçirdikləri aksiyada şəhərin müxtəlif bölgələrini məişət tullantılarından təmizləyiblər.

“Urmu gölü susuzdur!”; “Güney Azərbaycanın Urmu gölü ilə bağlı tələbi”; “Plastiklər qadağan edilsin!”; “Cənab Pezeşkian, ətraf mühit və mədəni irs üçün bir şey edin!”; “Uran mədəni ilə bağlı qərar verilməsi xalqın tələbidir!”,- banner və ekofəalların əllərindəki vərəqələrdə yazılıb.

"Yarpaq" Ətraf Mühit Təşkilatının təşəbbüsü ilə keçirilən aksiyanın məqsədi həm də əhalinin diqqətini Urmu gölünün acınacaqlı vəziyyətinə cəlb etmək olub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar