SON XƏBƏRLƏR

HƏMAS rəhbəri Pezeşkiana zəng etdi

2024.07.16, 11:00
HƏMAS rəhbəri Pezeşkiana zəng etdi

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İran Prezidenti Məsud Pezeşkiana zəng edib.

Gunaz.tv

Bu barədə İran mediası yazıb.

Telefon danışığı zamanı Pezeşkian bir daha Fələstin məsələsinin onun üçün prioritet olduğunu deyib.

“Mənim hökumətim islam dünyasının əsas məsələsi kimi Fələstin problemini prioritetləşdirəcək. Biz digər ölkələrin əməkdaşlığı və bütün imkanlardan istifadə edərək Qəzzaya qarşı müharibənin sona çatmasına nail olmağa çalışırıq”, - Pezeşkian bildirib.

Qeyd edək ki, bundan əvvəl İran rəhbəri və onun əyalətlərdəki nümayəndələri Pezeşkiandan İbrahim Rəisinin yolunu davam etdirməsini tələb ediblər.

Seçilməsindən bir neçə gün keçməsinə baxmayaraq, yeni Prezidentin sürətlə sistemə inteqrasiyası prosesi aparılır.

O, bu müddət ərzində bir neçə dəfə İranın bölgədəki proksi qüvvələrinə dəstək verəcəyini bildirib.

GünazTV  

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar