SON XƏBƏRLƏR

Hamburqda İrana bağlı mərkəz bağlandı

2024.07.24, 12:19
Hamburqda İrana bağlı mərkəz bağlandı

Almaniyanın Hamburq şəhərində yerləşən  "Hamburg İslam Mərkəzi"nin fəaliyyətinə qadağa qoyub və ofisi bağlayıb.

Gunaz.tv

Bu barədə Alman polsi bəyanat yayıb.

Mərkəz Livanın Hizbullah terror təşilatına bağlı oluduğu və fəaliyyətinin Almaniya konstitusiyasına zidd olduğu bildirilib.

Ötən ilin noyabr ayında Almaniya polisi həmin mərkəz və ona bağlı başqa 16 ofisdə axtarış aparıb.

Almaniyanın Konstitusiyanı Qoruma Bürosunun ötən il verdiyi məlumata görə, "İslami Mərkəz" İranın Avropada ən önəmli təbliğat mərkəzidir.

HƏMAS-ın İsrailə hücumundan sonra Almaniya Federativ Respublikasının mərkəzi parlamenti Bundestaq mütləq səs çoxluğu ilə dövlətdən həmin mərkəzinin bağlanmasını tələb etmişdir

Bununla yanaşı Almaniyanın Daxili Təhlükəsizlik Təşkilatı çoxsaylı hesabatlarında Hamburq İslam Mərkəzinin İranın şiə ideologiyasını yayması ilə bağlı xəbərdarlıq edib.

Bu mərkəzin müavini 2022-ci ilin noyabrında Almaniyada terror qruplaşması sayılan Livan Hizbullahının üzvləri ilə əlaqədə olmaq ittihamına görə bu ölkədən qovulub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar