SON XƏBƏRLƏR

İran Britaniya səfirini XİN-ə çağırdı

2024.07.25, 09:00
İran Britaniya səfirini XİN-ə çağırdı

Böyük Britaniyanın Tehrandakı səfiri Saymon Şerklif İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Gunaz.tv

Bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Saymon Şerklif Londonun Amerika sanksiyalarından yayınmaqda ittiham olunan İran vətəndaşını ABŞ hakimiyyət orqanlarına təhvil vermək qərarı ilə əlaqədar çağırılıb.

Nazirliyin Konsulluq İdarəsinin baş direktoru İran vətəndaşının qanunsuz saxlanılması və ABŞ-a ekstradisiyası ilə əlaqədar kəskin etirazını bildirib.

“XİN Tehran və Londonda diplomatik kanallar vasitəsilə onun azad olunması üçün danışıqlar aparır və bu istiqamətdə səylər davam etdirilir”, - məlumatda deyilir.

Qeyd edək ki, iranlı iş adamı Hacı Səid Ağamusayi ABŞ-in İrana qarşı tətbiq etdiyi sanksiyaları pozub və üçüncü şəxslər vasitəsilə İrana qadağan olunmuş mallar göndərib.

Dobayda yerləşən "Millenium Product Company" şirkətinin müdiri olan 53 yaşlı iranlı 2014-2018-ci ilıər arası İrana hərbi təyinatlı elektonik avadanlıqların göndərilməsi ilə məşğul olub.

O, ABŞ-in Çiqaqo şəhərinin məhkəməsində mühakimə olunub.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar