SON XƏBƏRLƏR

Azərbaycanlı yazıçının kitabının çapına icazə verilmədi

2024.07.26, 13:00
Azərbaycanlı yazıçının kitabının çapına icazə verilmədi

İranın İrşad və Mədəniyyət Nazirliyi azərbaycanlı yazıçı, sosioloq və Universitet müəllimi Mir Cavad Mirinin şah İsmayıl barədə yazdığı kitabın nəşrinə icazə verməyib.

Gunaz.tv

Bu barədə yazıçı özünün sosial media hesabında məlumat yayıb.

"İrşad və Mədəniyyət Nazirliyi 5 ay süründürməçilikdən sonra 174 səhifəlik kitabın 150 səhifəsinin ləğv ediləcəyi təqdirdə nəşrinə icazə veriləcəyini dedi",- deyə Miri bildirib.

Qeyd edək ki, Cavad Miri İran Prezidenti Məsud Pezeşkian ölkədə qeyri-fars dillərin tədrisi ilə bağlı konstitusiyanın 15-ci maddəsinin icrası üçün qurduğu "15-ci Prinsip Komitəsi”nin sədridir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar