SON XƏBƏRLƏR

İranlıya görə ABŞ vitse prezidentinin müşaviri barədə araşdırma başladı

2024.08.01, 10:16
İranlıya görə ABŞ vitse prezidentinin müşaviri barədə araşdırma başladı

Amerikalı senator Tom Kotton və ABŞ Nümayəndələr Palatasının üzvü Elis Stefanik ABŞ Prezidentinin birinci müavini Kamala Harrisin müşaviri Fil Qordonun iranlı Arin Təbatəbayi ilə əlaqələrinə görə tədqiqata başlayıblar.

Gunaz.tv

Bu barədə "Vaşington Free Bikon" məlumat yayıb.

Senatorlar Kamala Harrisə məktub yazıb və müçavirinin İranın ABŞ-da təsir şəbəkəsinin əsas üzvlərindən olan təbrizli xanım Arin Təbatəbayi ilə əlaqələri barədə hesabat istəyiblər.

Onlar fikrincə hazırda ABŞ Müdafiə Nazirliyində yüksək vəzifə tutan Arin Təbatəbayi İran hökumətinin Amerikada təsirini artırmaq üçün çalışıan əhəmiyyətli fiqurlardandır.

Qeyd edək ki, Arin Təbatəbayi təbrizli Universitet müəllimi və panfarsizm nəzəriyyəsinin təbliğatçılarından olan Cavad Təbatəbayinin qızıdır.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar