SON XƏBƏRLƏR

Təbrizdə peyvənd çatışmazlığı yaşanır

2024.08.02, 15:15
Təbrizdə peyvənd çatışmazlığı yaşanır

Şərqi Azərbaycan, xüsusilə Təbriz şəhərində həyati əhəmiyyət kəsb edən vaksinlərin olmaması valideynlər və tibb işçilərinin ciddi narahatlığına səbəb olub.

Gunaz.tv

Bu barədə tibb işçiləri və valideynlər sosial mediada paylaşım ediblər.

Onların sözlərinə görə, 2, 4 və 6 aylıq uşaqlara vurulan Pentavalan peyvəndləri, 18 aylıq və 6 yaşlarında tətbiq edilən üçvalent peyvəndləri yoxa çıxıb.

Valideynlər lazımi vaksinlərin əldə olunmamasından və əlaqədar dövlət qurumlarının problemin həlli ilə bağlı tədbir görməmələrindən şikayətlənirlər.

Əlaqədar dövlət qurumları və Səhiyyə Nazirliyinin yerli bölmələri məsələ ilə bağlı açıqlama verməyiblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar