SON XƏBƏRLƏR

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İrandakı edamları pislədi

2024.08.09, 16:16
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı İrandakı edamları pislədi

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı avqustun 7-də İranda 29 nəfərin edam edilməsini qorxulu və qəddar hərəkət adlandırıb.

Gunaz.tv

Bu barədə Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk  bəyanat verib.

Cari ildə 345 nəfərin İran həbsxanalarında edam edildiyini deyən, türk, onların ən azı yarısının narkotik maddələrlə bağlı cinayətlərdə günahlandırıldığını söyləyib.

O, bununla yanaşı edam edilənlərin 15-nin qadın məhkumlar olduqlarına diqqət çəkib.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı İranı mədəni dünyaya inteqrasiya olmağa və edam cəzasının ləğv edilməsi istiqamətində addım atmağa çaırıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar