SON XƏBƏRLƏR

Sünni din xadimi: Pezeşkianın nazirlərinin siyahısı seçiciləri məyus edib

2024.08.13, 10:41
Sünni din xadimi: Pezeşkianın nazirlərinin siyahısı seçiciləri məyus edib

Acı və məyus edici təcrubələrdən sonra xalq bir daha dəyişiklik və daha məqbul hökumətin qurulması ümidi ilə Prezident seçkisində ştirak etdilər.

Gunaz.tv

Bu sözləri sünni məzhəbli etnik bəlucların nüfuzlu din xadimi Moləvi Əbdülhəmid özünün X hesabında yazıb.

"Ancaq onun parlamentə təqdim etdiyi nazirlərin siyahısı seçiciləri və ona ümid edənləri məyus edib",-  deyə cümə imamı Pezeşkianın təyinatlarından narazılığını bildirib.

O, siyahıda ölkədə yaşayan xalqların və dini azlıqların nümayəndələrinin olmamasına diqqət çəkib, bunun məyusluq və əhatəli birlik hökumətinin qurulmasına mane olduğunu qeyd edib.

"Təəssüf ki, İranın etnik qruplarının ləyaqətli insanları başqa ölkələrdə xoş qarşılanır, onlardan yüksək vəzifələrdə istifadə olunur, lakin İranda onlara yer yoxdur və siyasi hüquqlarından məhrum edilirlər",- Əbdülhəmid vurğulayıb.

Qeyd edək ki, Məsud Pezeşkianın yeni tə
yinatları və nazirlərinin siyahısı azərbaycanlıların da narazılığı ilə qarşılaşıb.

Onlar siyahıda azərbaycanlı mütəxəssislərə kifayət qədər yer verilmədiyini bildiriblər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar