SON XƏBƏRLƏR

Təbrizin simvollarından tarixi yanğın qülləsi

2024.08.13, 13:53
Təbrizin simvollarından tarixi yanğın qülləsi

Təbrizin Yanğın qülləsi şəhərin tarixi abidələri və simvollarından sayılır.

Gunaz.tv

Nadir memarlıq nümunələrindən olan qüllə Qacarlar sülaləsi hakimiyyətinin son illərində inşa edilib.

23 metr hündürlüyü olan qüllə inşasının ilk illərində gözətçi qülləsi funksiyasını yerinə yetirib.

Yanğın zamanı yanğın söndürənləri xəbərdar etmək üçün qüllənin başında gözətçilər keşik çəkiblər.

Tarixi abidə Təbrizin Xaqani küçəsi ilə Bahaduri küçəsinin kəsişməsində yerləşən yanğınsöndürmə məntəqəsinin ərazisində yerləşir.

Qüllənin yanında Qacarlar dövründən qalma yanğınsöndürmə və su nasosları, yanğınsöndürmə sahəsinə aid başqa avadanlıqlar nümayiş etdirilir.

Tarixi qüllə 2 may 1998-ci ildə milli əsərlər siyahısına salınıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar