SON XƏBƏRLƏR

SEPAH iki etnik bəlucu öldürdü

2024.08.15, 14:01
SEPAH iki etnik bəlucu öldürdü

SEPAH-ın təhlükəsizlik bölməsinin məmurları Sistan və Bəlucistan əyalətinin Xaş şəhərində iki etnik bəlucu güllələyiblər.

Gunaz.tv

Bu barədə yerli insan haqları fəalları məlumat yayıb.

Bildirilib ki, atəş nəticəsində 34 yaşlı Nadir Şahuzehi həlak olub, onun qardaşı oğlu 17 yaşlı Behzad Şahuzehi isə yaralanıb.

Adı çəkilən şəxslər şəxsi avtomobillərində hərəkət etdikləri zaman xəbərdarlıq edilmədən atəşə tutulublar.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar