SON XƏBƏRLƏR

Təbrizli xanım jurnalist məhkəməyə çağırıldı

2024.08.24, 11:32
Təbrizli xanım jurnalist məhkəməyə çağırıldı

Təbriz Baş İnqilab və Dövlət Prokurorluğunun birinci istintaq şöbəsi jurnalist və ictimai fəal Fatimə Qulipurun işi üzrə ittiham aktını məhkəməyə göndərib və jurnalistin mühakimə edilməsi barədə qərar çıxarıb.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Təbrizli jurnalist bundan əvvəl əzadarlıq mərasimində baş verən kütləvi davanı ictimailəşdirdiyinə görə iyulun 9-da polis qüvvələrinin kiberməkana nəzarət bölməsinə çağırılıb.

O, bir neçə saat dindirildikdən və barəsində cinayət işi açıldıqdan sonra sərbəst buraxılıb.

Fatimə Qulipur "kiber məkanda yalan məlumatlar yaymaq"da günahlandırılıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar