SON XƏBƏRLƏR

Zənganda etiraz aksiyası keçirilib

2024.08.26, 15:06
Zənganda etiraz aksiyası keçirilib

Güney Azərbaycanın Zəngan şəhərində qurğuşun və sink şirkətinin işdən qovulan işçiləri etiraz aksiyası keçiriblər.

Gunaz.tv

Bu barədə onlar sosial mediada məlumat yayıblar.

Əyalət valiliyinin qarşısına toplaşan işçilər şirkət rəhbərliyi və əlaqədar dövlət qurmları tərəfindən hüquqlarının pozulduğunu bildiriblər.

Onların sözlərinə görə, çalışdıqları sahənin insan orqanizminə zərərli olduğuna görə, nəzərdə tutulan 6 saatlıq iş rejimi pozulub.

"Biz qanunla nəzərdə tutulan iş saatından artıq işlədildiyimizə və buna görə ödəniş ala bilmədiyimizə etiraz etdiyimiz üçün işdən çıxarılmışıq",- işçilər bildiriblər.

İşçilər bundan əvvəldə oxşar problemlərə görə etiraz edənlərin işdən qovulduqları üçün 400 işçisi olan şirkətdə hazırda yalnız 200 nəfərin qaldığını deyiblər.

Qeyd edək ki, Azərbaycanın Zəngan əyaləti bir çox mədənlərlə, o cümlədən qızıl, qurğuşun və sink mədənləri ilə məşhurdur. 

Zənganın “Ənquran” qurğuşun və sink mədəni Orta Doğunun bu qəbildən olan ən böyük mədənləri sayılır və 70 ildən çoxdur ki, buradan istixrac olunan faydalı qazıntılar İranın mərkəzi əyalətlərinə daşınır. 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar