SON XƏBƏRLƏR

Güneyli idmançı yenidən Ginnesin rekordlar kitabına düşdü

2024.09.09, 11:27
Güneyli idmançı yenidən Ginnesin rekordlar kitabına düşdü

Şərqi Azərbaycan əyalətinin Mərənd şəhərindən olan idmançı və Kunq-fu ustası Əqil Qardaşzadə dördüncü dəfə olaraq Ginnesin rekordlar kitabına düşüb.

Gunaz.tv

Bu barədə yerli idman mediası məlumat yayıb.

Bildirilib ki, Ə.Qardaşzadə beş kiloluq çəki ilə yumruq vurmada ən çox zərbə vurma rekordu qıraraq amerikalı idmançını üstələyib.

5-ci Dan qara kəmər sahibi olan Qardaşzadə Kun-fu döyüş sənətində “Tua” üslubunun ustası, beynəlxalq məşqçi, hakim və Mərənd Kunq-fu federasiyasının rəhbəridir.

Qeyd edək ki, o, "Traktor" İdman Klubunun üzvü, "Traktor" futbol komandasının azarkeşidir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar