SON XƏBƏRLƏR

İranda 5 məhbus edam edildi

2024.09.11, 13:51
İranda 5 məhbus edam edildi

Qərbi Azərbaycan əyalətinin Qoşaçay (Miyandab) şəhərinin həbsxanasında iki məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Süleyman Qəhrəmani və Feyzullah Hüseynpur adlı məhkumlar adam öldürməkdə günahlandırılıblar.

Bununla yanaşı Kərəc şəhərinin Qızılhisar və Buşehr şəhərinin həbsxanasında da 3 məhbus edam edilib.

Onlar narkotik maddələrin alverində günahlandırıldıqları üçün ölüm cəzasına məhkum edilmişdilər.

Bununla da cari ildə İran həbsxanalarında edam edilənlərin sayı 400-ü ötüb.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar