SON XƏBƏRLƏR

3 İran sərhədçisi öldürüldü

2024.09.13, 10:37
3 İran sərhədçisi öldürüldü

Sentyabrın 12-i gecə saatlarında İranın Sistan və Bəlucistan vilayətinin Mircave şəhərində silahlı şəxslərin hücumu nəticəsində 3 polis həlak olub.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Öldürülənlərin Mircavə sərhəd alayının məmurları Əmir İbrahimzadə, Parsa Suzəni və leytenant Əmin Naruyi olduqları bildirilib.

Hücumdan sonra etnik bəlucların silahlı təşkilatı olan "Ceyş əl-Ədl" bəyanat yayaraq hücumun məsuliyyətini öz üzərinə götürüb.

"Bu, yoxsul xalqa və xüsusilə məcburiyyətdən pərakəndə yanacaq alveri ilə məşğul olan şəxslərə qarşı hökumət məmurlarının qəddarlığına cavabdır",- deyə bəyanatda bildirilib.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının 2023-cü ilin hesabatına görə, bir il ərzində hökumət məmurlarının atəşi nəticəsində pərakəndə yanacaq satışı ilə məşğul olan 76 etnik bəluc həyatını itirib, 42 nəfər isə yaralanıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar