SON XƏBƏRLƏR

Qərbi Azərbaycanda təhsili yarımçıq qalan şagirdlərin sayı artıb

2024.09.16, 10:22
Qərbi Azərbaycanda təhsili yarımçıq qalan şagirdlərin sayı artıb

Son statistikaya görə, Qərbi Azərbaycan əyalətinin şagirdlərinin 9,82%-nin təhsili yarımçıq qalıb. Sistan və Bəlucistandan sonra Qərbi Azərbaycan bu göstəricidə ölkə üzrə ikinci yeri tutub.

Gunaz.tv

Bu barədə Qərbi Azərbaycan valiliyinin Sosial və Mədəni Məsələlər İdarəsinin baş direktoru Əfşar Kəbiri bildirib.

O, 2016-cı ildən üzü bu yana ölkədə təhsili tərk edən şagirdlərin sayının kəskin artdığını, bunun Qərbi Azərbaycanda daha çox hiss olunduğunu deyib.

Kəbirinin sözlərinə görə, 2016-cı ildə təhsili yarımçıq qalan şagirdlərin sayı 776,000 idisə, bu rəqəm hazırda 1,662,000-ə çatıb.

Qeyd edək ki, Qərbi Azərbaycanda təhsil sahəsinə kifayət qədər vəsait ayrılmır, ölkə üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5.7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1.7% təşkil edir.

Bununla yanaşı azərbaycanlı şagirdlərin təhsilinin yarımçıq qalmasının əsas amillərindən biri də, yoxsulluq və məişət problemlərini həll etmək üçün uşaq və yeniyetmələrin məcburi işə cəlb edilmələridir.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar