SON XƏBƏRLƏR

Xoyda "Yarpaq" cəmiyyətinin yubiley mərasimi ləğv edildi

2024.09.16, 15:23
Xoyda "Yarpaq" cəmiyyətinin yubiley mərasimi ləğv edildi

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində fəaliyyət göstərən "Yarpaq" mədəni cəmiyyətinin 10 illik yubleyinin keçirilməsinə icazə verilməyib.

Gunaz.tv

Bu barədə cəmiyyətin sosial media hesabında bildirilib.

"Hökumət orqanları heç bir əsas göstərmədən Xoy şəhərinin Şəms kinoteatrında keçirilməsi planlaşdırılan mədəni tədbirin keçirilməsinə mane oldular",- məlumatda deyilib.

Qeyd edək ki, "Yarpaq" qeyri-hökumət cəmiyyəti 10 il əvvəl yaranıb və əsasən mədəniyyət və ekologiya sahəsində fəaliyyət göstərir.

Bu günə kimi cəmiyyətin təşəbbüsü ilə keçirilən onlarla tədbir yerli azərbaycanlıların rəğbəti ilə qarşılaşıb, cəmiyyət tərəfindən dəstək qazanıb.

"Yarpaq" cəmiyyəti xüsusilə ekologiya sahəsində daha fəal olub, Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı davamlı tədbirlər keçirib.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar