SON XƏBƏRLƏR

Təbrizdə məktəblilərə Azərbaycan türkcəsində kitablar paylandı

2024.09.23, 14:41
Təbrizdə məktəblilərə Azərbaycan türkcəsində kitablar paylandı

Sentyabrın 22-də yerli mədəni fəallar təbrizli məktəblilər arasında Azərbaycan türkcəsində olan kitablar paylayıblar.

Gunaz.tv

Bu barədə yerli sosial media platformalarında məlumat yayılıb.

Bildirilib ki, bir sıra yerlərdə polis qüvvələri buna mane olmağa çalışmaları valideynlərin etirazları ilə qarşılaşıb.

Qeyd edək ki, hər il yeni təhsil ilinin başlaması ərəfəsində mədəni fəallar Güney Azərbaycan şəhərlərində uşaqlara Azərbaycan türkcəsində nəşr olunan kitablar paylayırlar.

Fəallar bu vasitə ilə uşaqların ana dillərində yazlı mətnlərlə tanış olmalarına çalışır, hakimiyyətin qeyri-fars dillərə qarşı tətbiq etdiyi təhsil qadağasına etiraz edirlər.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar