SON XƏBƏRLƏR

Cari təhsil ilində İranda 900 min uşaq məktəbə gedə bilməyib

2024.09.24, 12:31
Cari təhsil ilində İranda 900 min uşaq məktəbə gedə bilməyib

Ölkədə cari təhsil ilinin başladığı bir vaxtda 900 min uşaq məktəbə yazıla və ya təhsilini davam etdirə bilməyib.

Gunaz.tv

Bu barədə İranın Şərq qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, bunun səbəbi uşaqların erkən evləndirilməsi, yoxsulluq və azyaşlıların məcburi əmək fəaliyyətlərinə cəlb edilməsidir.

Qeyd edək ki, Qərbi Azərbaycan əyaləti təhsilini yarımçıq qoyan şagirdlərin sayına görə ölkə üzrə ilk yerlərdən birini tutub.

Bununla yanaşı Qərbi Azərbaycan əyalətində məktəb çatışmazlığı da pik həddə çatıb.

Belə ki, İran üzrə şagird başına düşən təhsil sahəsinin ortalama 5,7 olduğu halda Qərbi Azərbaycanın bir sıra bölgələrində bu 1.7% təşkil edir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar