SON XƏBƏRLƏR

Livanda SEPAH generalı həlak olub

2024.09.28, 12:29
Livanda SEPAH generalı həlak olub

Ötən gecə İsrail ordusunun Beyrutun cənubunda Hizbullah qərargahının olduğu bölgəyə endirdiyi zərbələr nəticəsində SEPAH-ın Qüds qüvvələrinin generalı Abbas Nilfuruşan ölüb.

Gunaz.tv

Bu barədə "Əl-Ərəbiyyə" məlumat yayıb.

SEPAH generalının həlak olması barədə İranın bir sıra media orqanları məlumat yaysa da, hələlik rəsmi şəkildə təsdiq olunmayıb.

Qeyd edək ki, Nilfuruşan İran hərbi strateqlərindən biridir və İranın "Müqavimət cəbhəsi" adlandırdığı bölgədəki qanunsuz silahlı qruplaşmaların təşkilatlanmasında əhəmiyyətli rol oynayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar