SON XƏBƏRLƏR

Qaşqay fəal Xosrov Bahaduri həbsə məhkum edildi

2024.10.01, 15:00
Qaşqay fəal Xosrov Bahaduri həbsə məhkum edildi

İranın Fars əyalətində yaşayan qaşqayların tanınmış mədəni fəallarından olan Xosrov Bahaduri qaşqayi 1 il azadlıqdan məhrum edilib.

Gunaz.tv

Bu barədə qaşqay türklərinin "Baydaq" saytı məlumat yayıb.

Şiraz İnqilab Məhkəməsi mədəni fəalı "hökumət qarşı təbliğat" və "milli təhlükəsizlik əleyhinə əlbir olmaq və toplaşmaq"da günahlandırb.

Bahadurinin həbs cəzasını çəkdikdən sonra 1 il müddətinə ölkədən çıxışına və sosial mediada fəaliyyətində də qadağa qoyulub.

Şiraz Universitetinin siyasi elmlər fakultəsinin tələbəsi olan Bahaduri 10 mart 2024-cü ildə mədəni tədbirdə saxlanılıb.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyon nəfərdir.

İranın Kohgiluyə və Böyirəhməd, İsfahan, Fars və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurd” adı ilə tanınır.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar