SON XƏBƏRLƏR

Tehranda cümə namazında yüzlərlə insan yaralanıb

2024.10.05, 10:21
Tehranda cümə namazında yüzlərlə insan yaralanıb

Oktyabrın 4-də Tehranda keçirilən cümə namazında çox sayda insan yaranıb.

Gunaz.tv

Bu barədə yerli media məlumat yayıb.

Məlumata görə, Tehran və başqa şəhərlərdən Tehranda cümə namazında iştirak etmək üçün gətirilənlərdən 700 nəfərdən çoxu yaralanıb.

Onlardan 37-nin xəsarətləri ağır olduğuna görə xəstəxanalara yerləşdirilib.

Qeyri-rəsmi məlumatlara görə, İsrailin İrana hava hücumu etdiyi barədə şayiə yayılıb və insanlar cümə namazından qaçmağa çalışdıqları zaman çox sayda adam yıxılıb, tapdalanıb. 

Qeyd edək ki, dünənki cümə namazında Əli Xamenei iştirak edib və İsrailə qarşı təhdidlər səsləndirib 

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar