SON XƏBƏRLƏR

İran həbsxanalarında 13 nəfər edam edilib

2024.10.07, 14:39
İran həbsxanalarında 13 nəfər edam edilib

Şiraz, İsfahan, Əhvaz, Qorqan, Bəm, Əhər, Bircənd, Təbriz və Zəncan şəhərlərinin həbsxanalarında 13 məhbus edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam edilənlər narkotik maddələrin qanunsuz dövriyyəsində və adam öldürməkdə günahlandırılıblar.

Bununlada cari ildə İranda edam edilən məhbusların sayı 500-ü keçib.

Edamlarının sayının artması BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Satonun məsələyə münasibət bildirməsinə səbəb olub.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- deyə o bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar