SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İsrailin təhlükəsizlik kabineti toplanır!

2024.10.10, 12:27
SON DƏQİQƏ: İsrailin təhlükəsizlik kabineti toplanır!

İsrail rəsmisi CNN-ə bildirib ki, İsrailin təhlükəsizlik kabineti gün ərzində İranın ballistik raket hücumuna qarşı İsrailin cavab zərbəsinin miqyasını qərarlaşdırmaq üçün toplanacaq.

Gunaz.tv

Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Gallant deyib ki, İsrailin İrana cavabı “güclü, dəqiq və təəccüblü” olacaq.

Qeyd edək ki, İsrailin müdafiə naziri Vaşinqtona planlaşdırılan səfərini təxirə saldıqdan sonra çərşənbə gecəsi İsrail mediasında yayımlanan videomüraciətində İsrailin cavab zərbəsi ilə bağlı anons vermişdir.

Gallant deyib ki, İranın oktyabrın 1-də İsrailə raket hücumu uğursuz olub, lakin İsrail bu hücumun qisasını alacaq.

 

 

Şahin Elxanoğlu

GünazTV
 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar