SON XƏBƏRLƏR

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

2024.10.11, 10:49
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 4 il ötür

Günaz.tv "APA" informasiya agentliyinə istinadən xəbər verir ki, 11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədib.

Gunaz.tv

Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə Ermənistan ərazisindən "Skad-B" Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı"nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar