SON XƏBƏRLƏR

Beynəlxalq təzyiqlər nəticəsində azərbaycanlı fəalın edam hökmü ləğv olundu

2024.10.14, 13:30
Beynəlxalq təzyiqlər nəticəsində azərbaycanlı fəalın edam hökmü ləğv olundu

İranın Ali Məhkəməsi Rəşt şəhərinin Lakan həbsxanasında saxlanılan azərbaycanlı işçi hərəkatı fəalı Şərifə Məhəmmədi barəsində çıxarılan edam hökmünün ləğvi barədə qərar verib.

Gunaz.tv

Bununla bağlı fəalın vəkili Əmir Rəisian məlumat yayıb və bildirib ki, müvəkkilinin işinə yenidən baxılması üçün cinayət işi Ali Məhkəmənin 39 saylı şöbəsinə geri göndərilib.

İnsan haqları fəallarının dediyinə görə, edam hökmünün ləğvi beynəlxalq insan haqları təşkilatlarının məsələni ictimailəşdirmələrindən və Şərifə Məhəmmədi barədə edam hökmünün əsassız olduğunu sübut etmələrindən sonra baş verib.

Qeyd edək ki, 5 dekabr 2023-cü ildə həbs edilən Şərifə Məhəmmədi  "xaricdə hökumətə müxalif olan təşkilata üzv olmaq"da günahlandırılıb.

GüazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar