SON XƏBƏRLƏR

Tanınmış ekoloqa cinayət işi açıldı

2024.10.15, 12:30
Tanınmış ekoloqa cinayət işi açıldı

İran hökumətinin ətraf mühit siyasətlərini tənqid edən tanınmış ekoloq Məhəmməd Dərvişə qarşı cinayət işi açılıb.

Gunaz.tv

Bu barədə İranın insan haqları fəalları məlumat yayıb.

Göndərilən elektron çağırış məktubunda ekoloqdan oktyabrın 15-də Tehranın 31-ci dairəsinin Ümumi və İnqilab Prokurorluğuna getməsi istənilib.

Məktubda Məhəmməd Dərvişin "böhtan və yalan məlumatlar yaymaq"da günahlandırıldığı bildirilib.

Qeyd edək ki, bu, ekoloqun hökumətin ölkədə ətraf mühit siyasətlərini kəskin tənqid etməsi ilə bağlıdır.

Məhəmməd Dərviş son müsahibə və paylaşımlarında Urmu gölünün qurumasına görə hakimiyyətin günahlandırıb.

Gölün qurumasının ağır nəticələri barədə xəbərdarlıq edən Dərviş, buna görə Tehran rəsmilərinin məsuliyyət daşıdıqlarını bildirib.

O, bir müddət əvvəl verdiyi müsahibədə hakimiyyətin gölün bərpası ilə bağlı iddialarının doğru olmadığını diqqətə çatdırıb.

Məhəmməd Dərviş Urmu gölü ətrafında 680 min hektar ərazinin bölgənin vəziyyəti ilə zidiyyət təşkil edən məhsulların əkilməsinə ixtisas verildiyini deyib.

Ətraf mühit fəalı bildirib ki, bu qədər geniş ərazilərdə çox su tələb edən kənd təsərrüfatı məhsullarının əkilməsi yanlışdır və hakimiyyət bu ərazilərin əvvəlki təyinatına qaytarılması üçün iş görmür.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar