SON XƏBƏRLƏR

İran-Əfqanistan sərhədinfə qaçqınlara atəş açılıb- Ölən və yaralananlar var

2024.10.16, 10:48
İran-Əfqanistan sərhədinfə qaçqınlara atəş açılıb- Ölən və yaralananlar var

İranın Sistan və Bəluçistan əyalətinin Əfqanistanla sərhəddəki Səravan rayonunun Kəlqan bölgəsində İran sərhədçiləri ölkəyə daxil olmağa çalışan əfqanistanlılara atəş açıb.

Gunaz.tv

Bu barədə Əfqanistanın keçmiş baş prokuroru Məhəmməd Fərid Həmidi məlumat yayıb.

Məlumatlara görə, 300 nəfərlik qaçqın qrupunun əksəriyyəti xəsarət alıb, bir neçə nəfər həyatını itirib.

BəluÇ Fəallarının Kampaniyası isə əfqanistanlı qaçqınların İran tərəfinin qurduğu minalanmış ərazidən keçdikləri zaman minaların partlaması nəticəsində ölüb və yaralandıqlarını bildirib.

Əfqanıstanın keçmiş baş prokuroru Məhəmməd Fərid Həmidi bununla bağlı özünün X hesabında paylşımında: "Bu İran hökumətinin əfqanistanlı qaçqınları qəsdən qətliam etməsidir, bu bəşəriyyətə qarşı cinayətdir",- deyə yazıb.

GünazTV

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar