SON XƏBƏRLƏR

KİV: Netanyahu İrana hücum hədəflərini təsdiqləyib

2024.10.17, 12:16
KİV: Netanyahu İrana hücum hədəflərini təsdiqləyib

Çərşənbə günü, oktyabrın 25-də "ABC" xəbər kanalı İsraildən olan mənbəsinə istinadən elan edib ki, İsrailin baş naziri Benyamin Netanyahu İrana cavab hücumunun hədəflərini təsdiqləyib.

Gunaz.tv

Mənbə hədəflərin sırf hərbi olub-olmadığını söyləməkdən imtina edib və bu hücumların dəqiq vaxtının açıqlanmadığını qeyd edib.

Çərşənbə günü CNN də öz mənbələrinə istinadən xəbər verib ki, Vaşinqton rəsmiləri noyabrın 15-də ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl İranın raket hücumuna İsraildən cavab verəcəyini gözləyirlər, lakin bu hərəkətin dəqiq vaxtı hələ məlum deyil.

İsrail televiziyasının 12-ci kanalı isə bildirib ki, "İsrail ordusunun SEPAH-ın raket hücumlarına cavab hücumu yaxındır və bombardman hədəfləri ilə bağlı yekun qərar qəbul edilib".

Qeyd edilib ki, İsrail ordusu baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalanta hədəflərin siyahısını təqdim edib və bölgədəki digər ölkələrlə də lazımi təmaslar həyata keçirilib.

İsrailin "Kan News" kanalı da hücumun hədəflərinin "siyasi səviyyədə" qərarlaşdırıldığını açıqlayıb. Eyni zamanda, bir dövlət mənbəsi bu media qurumuna açıqlamasında hücum hədəflərinin müəyyən edildiyini və qərar verildiyini bildirib.

İsrailin müdafiə naziri Yoav Gallant daha əvvəl bəyan etmişdi ki, o, baş nazir və ordunun baş qərargah rəisi İrana cavabın zəruriliyi və xarakteri ilə bağlı həmfikirdirlər və bu hücum “güclü, dəqiq və ölümcül” olacaq.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar