SON XƏBƏRLƏR

Miqrantlara qarşı hərbi güc tətbiq edilsin - İran rəsmisi

2024.10.24, 10:09
Miqrantlara qarşı hərbi güc tətbiq edilsin - İran rəsmisi

İran parlamenti qanunsuz miqrantlara qarşı hərbi güc tətbiq edilməsinə razıdır.

Gunaz.tv

Bu sözləri İran parlametinin Daxili İşlər Komitəsinin sədri Məhəmməd Saleh Cokar deyib.

O, miqrantların ölkəyə girişinin qarşısını almaq üçün sərhədçiləri üzərlərinə düşən vəzifəni yerinə yetirməkdə tərəddüd etməməyə çağırıb.

Qeyd edək ki, oktyabrın 13-də İranın Sistan və Bəlucistan əyalətinin Səravan bölgəsində bu ölkəyə keçmək istəyən 300 nəfərlik əfqanıstanlıya atəş açılıb.

İnsan haqları təşkilatlarının bildirdiyinə görə, 230-a yaxın miqrant ölüb və yaralanıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar