SON XƏBƏRLƏR

Wall Street Journal: İranın S-300 sistemləri İsrailin hücumları nəticəsində məhv edilib

2024.10.27, 12:35
Wall Street Journal: İranın S-300 sistemləri İsrailin hücumları nəticəsində məhv edilib

Amerika və İsrail rəsmilərinə istinadən "Wall Street Journal" İsrailin İrandakı hədəflərə hücumlarının təfərrüatlarını açıqlayıb.

Gunaz.tv

Bu qəzetin məlumatına görə, şənbə günü səhər hücumda 100-dən çox İsrail təyyarəsi iştirak edib və İranda 23 obyekt hədəfə alınıb.

“The Wall Street Journal” İsrail rəsmisinə istinadən yazıb ki, İran hücumdan əvvəl dörd S-300 raket sisteminə sahib olub, onlardan ən təkmil olanı Tehranın hava hücumundan müdafiə sistemində istifadə edilirdi, lakin bu S-300-lərin hamısı məhv edilib.

“Wall Street Journal” Amerika rəsmilərinə istinadən yazıb ki, İranın ballistik raket qurğuları da İsrailin hücumları zamanı hədəfə alınıb və vurulan ziyanın bərpası illər çəkə bilər.

İran hələlik bu xəbərə reaksiya verməyib.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar