SON XƏBƏRLƏR

Almaniya səfiri İranı tərk edib

2024.10.31, 10:00
Almaniya səfiri İranı tərk edib

Oktyabrın 29-da Almaniya vətəndaşı Cəmşid Şarməhdin Tehranda edam edilməsindən sonra Almaniyanın İrandakı səfiri İranı tərk edib.

Gunaz.tv

Bu, Almaniya Xarici İşlər Nazirliyinin İrana etirazı və səfiri geri çağırmasından bir gün sonraya təsadüf edir.

Bundan əvvəl isə Almaniya XİN-i İranın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili Mahmud Fruzəndəni çağırıb və Şarməhdin edamına görə ona etiraz bildirilib.

Qeyd edək ki, 68 yaşlı Şarməhd 2003-cü ildən Kaliforniyada yaşayıb. 2020-ci ilin iyul ayında Dubaya səfər edərkən İran təhlükəsizlik məmurları tərəfindən qaçırılaraq İrana aparılıb

Casusluq və terrorçuluqda günahlandırılan Cəmşid Şarməhd oktyabrın 29-da edam edilib.

GünazTV.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar