SON XƏBƏRLƏR

İranlıların viza müraciətlərinə rədd cavabı alması halları artıb.

2024.10.31, 11:19
İranlıların viza müraciətlərinə rədd cavabı alması halları artıb.

Tehran vilayətinin hava səyahətləri, turizm və ziyarət idarələri ticarət birliyinin idarə heyətinin rəhbəri bildirib ki, bölgədə yaşanan son olaylardan sonra iranlıların Avropa səfirliklərindən turist vizası tələblərinin rədd edilməsi halları artıb.

Gunaz.tv

Bu barədə Əmir Puyan Rafiei Şad İSNA xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, beynəlxalq aviareyslərin ardıcıl olaraq təxirə salınması iranlıların xarici səfərlərinə də təsir edib.

 "İnsanlar nəinki turla daha az səyahət edir, həm də son günlər uçuşların ləğvi bir çoxlarını yalnız lazım olduqda təyyarələrdən istifadə etməyə və quru yollara üstünlük verməyə vadar edib" - deyə o fikirlərinin davamında bildirib.

Qeyd edək ki, son həftələrdə İran və İsrail arasında hərbi gərginliyin yaranmasından sonra xarici uçuşların ləğvi turizm agentlikləri və sərnişinlər üçün problemə çevrilib. Xarici hava yollarının ləğv edilmiş reysləri üçün bilet pullarının geri qaytarılması da bir çox səyahətçi üçün problem yaradır.

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar