SON XƏBƏRLƏR

İqtisadi sahədə problemlərimiz var - Pezeşkian

2024.11.04, 13:03
İqtisadi sahədə problemlərimiz var - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian ölkənin iqtisadi vəziyyətinin ağır olduğunu etiraf edib.

Gunaz.tv

O, bu barədə yerli mediaya verdiyi müsahibədə bildirib.

Pezeşkian Qərb və Avropa Birliyinin İranın balistik raket proqramına görə təzyiqlərinə dolayı münasibət bildirib.

İran prezidenti raket istehsalında məqsədin başqalarına hücum etmək yox, özünü müdafiə xarakterli olduğunu iddia edib.

Bununla yanaşı o ölkə iqtisadiyyatının acınacaqlı olması barədə fikirləri təsdiq edib.

"Bu gün biz genişmiqyaslı iqtisadi müharibə ilə üz-üzəyik, düşmən bizi hərbi sahədə məğlub edə bilməz, ancaq iqtisadi müharibə sahəsində problemimiz var",- deyə Pezeşkian bildirib.

Qeyd edək ki, xüsusən son günlər İran pulunun dəyəri daha da ucuzlaşıb və Tehranın azad bazarında 1 ABŞ dolları 70 min tüməndən yuxarı satılıb.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar