SON XƏBƏRLƏR

İranda 11 məhkum edam edildi

2024.11.05, 15:19
İranda 11 məhkum edam edildi

Güney Azərbaycanın Urmu, Təbriz, Həmədan və İranın Minab, Kərəc, Kəhnuc, Şiraz və Yəzd  şəhərlərində 11 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Edam hökmü icra olunan məhkumların narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Bununla da son 1 ay ərzində İran həbsxanalarında edam edilənlərin məhkumların sayı 150-ni keçib.

Edam hökmlərinin sayının artması ilə eyni vaxtda BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi May Sato ölüm cəzalarının tətbiqinin artmasına görə narahatlığını bildirib.

"Ədalətli mühakimə qaydalarının pozulması və hüquqi prinsiplərə əməl olunmaması ilə həyata keçirilən edamlar qanunsuz sayılır",- Sato qeyd edib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar