SON XƏBƏRLƏR

Azərbaycanlı milli fəal Yusuf Kari Ərdəbil zindanının müvəqqəti təcridxanasına köçürülüb

2024.11.08, 11:29
Azərbaycanlı milli fəal Yusuf Kari Ərdəbil zindanının müvəqqəti təcridxanasına köçürülüb

Oktabrın 28-də polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən Azərbaycan milli hərəkatının fəalı Yusuf Kari Şam Əsbidə yerləşən Ərdəbil zindanının müvəqqəti saxlanma məntəqəsinə köçürülüb.

Gunaz.tv

Son günlər ailənin Ərdəbilin 10 saylı İstintaq Şöbəsinə çoxsaylı müraciətlərinə baxmayaraq, işin müstəntiqi hakim Kərimi fəalın müvəqqəti azadlığa buraxılması barədə qərarı qəbul etməyib.

Qeyd edək ki, bu azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən həbs edildikdən sonra Ərdəbil şəhərinin 14-cü polis bölməsinə aparılıb polis əməkdaşları Rza Hüseynzadə və Əsgər Pənahinin tərəfindən döyülüb.

Əvvəllər təhlükəsizlik qurumlarının təzyiqi ilə iş və iqtisadi fəaliyyətinə qadağa qoyulan Yusuf Kari son bir neçə aydır alverçiliklə məşğul olub və ötən həftə polis və təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar